MetaMetric

İmtahan mövzuları

İmtahan tarixini seçin və həmin imtahana hansı fənn mövzularının düşdüyünü görün. Həftəlik tədris planı və seçilmiş mövzular da buradadır.

Azərbaycan dili · 11-ci sinif

20 Sentyabr

5 mövzu

01. Fonetika

Danışıq səsləri. Saitlərin növləri: qalın, incə; açıq, qapalı; dodaqlanan, dodaqlanmayan. Samitlərin növləri: kar, cingiltili. Sözün hərf və səs tərkibi. Bir sıra sözlərdə o saitinin [a] kimi tələffüzü. Saitlərin uzun tələffüzü. Söz sonunda b, c, d, g samitlərinin tələffüzü. K samitinin yazılışı və tələffüzü. Q samitinin yazılışı və tələffüzü. Qoşa samitlə bitən təkhecalı sözlər: eynicinsli qoşa samitlə bitən sözlər, müxtəlifcinsli qoşa samitlə bitən sözlər. Söz ortasında yanaşı gələn tt, kk, pp, qq samitlərinin tələffüzü. Ahəng qanunu. Heca. Sözün yazılışı və deyilişinə görə təhlili (fonetik təhlil).

02. Leksika

Sözün leksik və qrammatik mənası. Əsas nitq hissələrinin həm leksik, həm də qrammatik mənaya, köməkçi nitq hissələrinin ancaq qrammatik mənaya malik olması. Sözün ilkin – həqiqi mənası. Sözün məcazi mənası. Çoxmənalı sözlər. Omonimlər. Omonim sözlərlə çoxmənalı sözlərin müqayisəsi. Sinonimlər. Antonimlər. Frazeoloji birləşmələr (sabit söz birləşmələri). Terminlər. Sözün leksik təhlili.

03. Ədəbi dilin normaları

: fonetik norma, leksik norma və qrammatik norma.

04. Dilin üslubi imkanlarının təzahür formaları

: funksional və fərdi (fərdi nitq ünsürləri) üslub. Sözün üslubi funksiyaları. Bədii üslubun xüsusiyyətləri. Bədii üslubun obrazlı nitq forması olması. Bədii üslubun təzahür formaları. Sözün informativ və poetik funksiyaları. Bədii söz. Bədii təsvir və ifadə vasitələri. Ellipsis. Elmi üslubun xüsusiyyətləri: izah etmək, şərh etmək, nəticə çıxarmaq. Elmi üslubda sözlərin terminləşməsi. Sözün həqiqi mənada işlədilməsinin elmi üslubun xüsusiyyətlərindən biri olması. Publisistik üslubun xüsusiyyətləri. Publisistik üslubun formaları: yazılı və şifahi. Rəsmi-işgüzar üslubun xüsusiyyətləri. Məişət üslubunun xüsusiyyətləri. Xülasə və tezis

05. Xülasə və tezis

Xülasə. Xülasəyə verilən tələblər. Tezis. Tezisin əsas xüsusiyyətləri.