01. Fonetika
Danışıq səsləri. Saitlərin növləri: qalın, incə; açıq, qapalı; dodaqlanan, dodaqlanmayan. Samitlərin növləri: kar, cingiltili. Sözün hərf və səs tərkibi. Bir sıra sözlərdə o saitinin [a] kimi tələffüzü. Saitlərin uzun tələffüzü. Söz sonunda b, c, d, g samitlərinin tələffüzü. K samitinin yazılışı və tələffüzü. Q samitinin yazılışı və tələffüzü. Qoşa samitlə bitən təkhecalı sözlər: eynicinsli qoşa samitlə bitən sözlər, müxtəlifcinsli qoşa samitlə bitən sözlər. Söz ortasında yanaşı gələn tt, kk, pp, qq samitlərinin tələffüzü. Ahəng qanunu. Heca. Sözün yazılışı və deyilişinə görə təhlili (fonetik təhlil).